Mirzə Şəfi Vazeh parkı və muzeyi, Əziz Əliyev adına park yaxın vaxtlarda şəhər sakinlərinin istifadəsinə veriləcək. Gəncədə inşaası yekunlaşmaq üzrə olan dövlət filarmoniyasının da qapılarını sənətsevərlərin üzənə açmağa az qalıb. 9 ayın yekunlarının müzakirə edildiyi hesabat iclasında şəhərin Heydər Əliyev və Atatürk prospektlərini, eləcə də kəsişən ara küçələri əhatə edən yol infrastrukturunun yenilənməsi üzrə işlərin də son mərhələdə olduğu, piyada və avtomobillərin hərəkəti üçün ideal vəziyyətə gətirildiyinə diqqət çəkilib. Şəhərdə işsizliyin aradan qaldırılmasında yeni istifadəyə verilən ticarət və ictimai iaşə obyektlərinin, aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin önəminə toxunulub və məşğulluq mərkəzlərinin rəhbərlərinə məşğulluğu təmin edilən sakinlərinin dəqiq siyahısının hazırlanması həvalə olunub. Yığıncaqda qaz sayğaclarının quraşdırılmasında yol verilən pozuntuların aradan qaldırılması adiyyatı üzrə qurumun rəsmisinə tapşırılıb. Eləcə də işində yol verdiyi nöqsanlara görə, şəhər tarix-diyarşünaslıq müzeyinin direktorunun vəzifəsindən azad edilməsi qərara alınıb.
- Baxış: 1748