“Bu gün bizim üçün olduqca mühüm, xüsusi gündür. Biz gənclər respublikamızın müstəqilliyini qorumalı, gələcək nəsillərə ötürməliyik”. Bu fikilər Gəncədə, Gənclər evində keçirilən tədbirdə səslənib. Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşəbbüsü ilə reallaşan toplantı 18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunub. Gənclərin cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynadığı diqqətə çatdırılıb. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətin olsa da, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” - deyə tədbirdə vurğulanıb. Tədbirdən sonra Müstəqillik gününə həsr olunan rəsm sərgisi nümayiş olunub. “Müstəqillik məktəblilərin gözü ilə” adlı layihəyə 24 məktəbdən 40-a yaxın əl işi təqdim olunub.
- Baxış: 753