• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 17.10.2017 10:50

Alimlər şəkilləri canlandırmağa nail oldular

Təl-Əviv Universitetindən olan alimlər və "Facebook" sosial şəbəkəsinin nümayəndələri tərəfindən hazırlanmış alqoritm şəkil və insan portretlərini canlandırmağa imkan verir.

Hazırda insanın mimikası və hərəkətləri haqqında məlumatlar toplayaraq onları rəqəmli şəklə keçirməyə, bundan sonra isə başqa insan və ya personajın üçölçülü modelinə daşımağa imkan verən müxtəlif metodlar mövcuddur. Adətən belə məlumatlar insanın bədəninə bərkidilmiş kameralar üçün çoxsaylı sensorların köməyi ilə toplanılır. Filmlərdə kompüter qrafikasından istifadə zamanı məhz belə yanaşmadan istifadə olunur. İsrail alimləri tərəfindən təklif edilmiş texnologiya insan şəklini canlandırır. İş prosesində alqoritm videodakı insanın mimikasını şəklə daşıyır və yekun nəticənin daha real görsənməsi üçün proqram, həmçinin animasiyalı təsvirə müəyyən detallar əlavə edir. Yəhudi başbilənlərin fikrincə, təklif edilmiş texnologiya "Facebook" sosial şəbəkəsində profil üçün animasiyalı şəkillərin yaradılmasında istifadə edilə bilər.