• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 13.10.2017 13:08

“Şəmkir Aqropark” soyuducu kameralarında saxladığı məhsulları sığortalayır

KepezTV Player

Bu ilin avqust ayında prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şəmkir Aqropark” daha bir yeniliyə imza atıb. Respublikada ilk dəfə olaraq kompleksin soyuducu kameralarında saxlanılan məhsullar sığortalanacaq. Yerli sahibkarların iştirakı ilə keçirilən təqdimat mərasimində sığortanın şərtləri barədə məlumatlar verilib. Tələb və təkliflər dinlənilib. Daha sonra Aqroparkla  sığorta şirkəti arasında saziş imzalanıb. Xatırladaq ki, Aqroparkda müasir tələblərə cavab verən, tutumu 24000 ton olan 71 ədəd soyuducu kamera quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzlərin növlərinə görə 25 gündən 270 günədək saxlanılması təmin olunur.

Qüdrət Seyfullayev - “Şəmkir Aqropark”nın baş direktoru: “İlk məhsul daxil olduqda labaratoriyada müayinə olunacaq. Məhsulun tərkibi müəyyən edildikdən sonra laboratoriyanın rəyinə uyğun olaraq məhsulun saxlanma müddəti müəyən olunacaq. Həmin saxlanma müddətinə uyğun olaraq da sığortalanam prosesi baş tutacaq”.

Cəmilə İbrahimova - sığorta şirkətinin nümayəndəsi: “Sahibkarlar və fermerlər öz məhsullarını “Şəmkir Aqroparka” təhvil verdiyi andan Aqroparkın səhvi ucbatından məhsulların düzgün saxlanılmaması, saxlanılma qaydalarına riayət edilməməsi, temperaturun düzgün verilməməsi və sairə kimi hallarda dəyən ziyan və zərərlər şirkətimiz tərəfindən təminat altındadır”.

 

Natiq Hüseyn