Ford GT superkarı kiçik adalar üzərində qurulmuş mənzərəli Atlantik şossesindən keçib və Arctic Circle Raceway yolunda rekord qırıb. Şosse avtomobil sürmək üçün əla məkan sayılır, buranın təbiəti və gözəlliyi insanı heyran edir. Ştefan Mükkenin idarə etdiyi Ford GT Arctic Circle Raceway yarış yolunu 1 dəqiqə 36,3 saniyə qət edərək rekorda imza atıb. Əvvəlki rekord isə Audi R8-ə məxsus olub: 1 dəqiqə 41 saniyə. Ford GT 3,5 V6 turbo EcoBoost mühərriki ilə işləyir. 655 at güclü motorla superkar saatda 347 kilometrədək sürət yığır. Bu da o deməkdir ki, kupe Amerika istehsallı avtomobillər arasında ən sürətlisidir.
Cavanşir Məmmədzadə
- Baxış: 699