KepezTV Player
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Xaçmaz rayon sakini 30 yaşlı Oktay Osmanov bıçaq xəsarəti ilə təcili tibbi yardım maşınında xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb. Qarın nahiyəsindən bıçaqlanan yaralı əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Oktay Osmanovun vəziyyəti ağır olduğundan polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Faktla əlaqədar Nəsimi rayom Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
- Baxış: 581