Lamborghini-nin idman bölməsi Super Trofeo monokuboku üçün yeni Huracan nümayiş etdirib. Huracan Super Trofeo EVO adlı superkar indi daha təhlükəsiz və daha aerodinamik alınıb. Yüksək sürətlərdə aerodinamikanın keyfiyyət və stabilliyini artırmaq üçün mühəndislər maşına yeni aerodinamik kuzov quraşdırılıblar. Ən qabarıq dəyişikliklər yuxarı hava qəbulediciləri və üzgəcdir. Huracan Super Trofeo EVO-nun yeni təhlükəsizlik elementi yuxarı lyukdur, o ilk dəfə Huracan-ın GT3 kateqoriyasında tətbiq olunur. Bu lyuk maşın qəzaya düşərsə, sürücünün içəridən çıxmasını təmin edir. Mühərrik isə əvvəlki kimi qalıb: 620 at güclü 5.2 V10 motor yerindədir. Arxa təkərlər 6 pilləli Xtrac ardıcıl sürət qutusu ilə yerinə yetirilir. Monza trassını superkar sələfindən 1,5 saniyə daha tez qət edir: 1 dəqiqə 46,3 saniyəyə. Yarış maşının ilk çıxışı gələn ilin yazına planlaşdırılıb. ABŞ-da bu maşını almaq üçün 295 000 dollar ödəmək lazımdır.
- Baxış: 474