• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 10.10.2017 14:03

Saxta pullardan istifadə edən şəxs ifşa olundu

KepezTV Player

Saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Səbail Rayon Polis İdarəsinə  Bakı şəhər sakini Taleh Xalıqovda saxta pul əskinasları olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat nəticəsində həmin şəxs Parlament prospektində saxlanılaraq idarəyə  gətirilib. Xalıqovun üzərinə baxış zamanı ondan 33 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq və 19 ədəd  10 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta pulların bir qismini paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində istifadə etdiyini bildirib. Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.