KepezTV Player
Bakıda kirayədə qalan qadın ev sahibi tərəfindən döyülüb. Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, NZS qəsəbəsi, Həbibov küçəsi ev 49 ünvanında kirayə yaşayan 45 yaşlı Fatma Səfərova su qızdırıcısını söndürən ev sahibinə iradını bildirib. Bundan əsəbləşən mənzil sahibi qadının baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Zülfiyyə Telmanqızı
- Baxış: 512