Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində bir araya gələn qələm əhli müəllifin “Yaddaş Divarı” adlandırdığı kitabı dəyərləndiriblər. 3 hissədən ibarət nəşrdə yazar öncə nəslin tarixçəsinə, ikinci hissəsdə hekayəyə və sonda isə fəaliyyətində bəzi qazetlərdə, jurnallarda yer alan məqalələrinə yer verib.
İsmayıl Abbas - yazıçı: “Orda Gəncədə olan, Qarabağda olan, Şuşada olan faktlarla bağlı ailədə, nəsildə olan o informasiyanı kitaba köçürtmüşəm. Təbii ki, orada faktlar da var. Azərbaycanda olan tarixi faktlar. Yelizavetpoldan tutmuş, indiyə kimi. Müharibədə olan o faktlar”.
Xəzangül Hüseynova - AYB-nın Gəncə bölməsinin sədri: “Biz çalışırıq ki, ümumiyyətlə yazarların əksəriyyətinin kitab təqdimatı burada keçirilsin. Onu həm yazar dostları, həm də ictimaiyyət, saytlar çox yerə veririk bi bu məlumatları ki, onlar tanınsınlar”.
Fidan Muradlı
- Baxış: 567