Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.10.2017 12:00
Goranboyda yol qəzası baş verib

Hadisə Xanqərvənd-Qızılhacılı yolunda qeydə alınıb. "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və sərnişinləri xəsarət alıblar. Yaralılar Goranboy Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Gülnar Faziıqızı
- Baxış: 547