Hazırda Gəncə şəhərinin 38 küçəsində abadlıq quruculuq işləri aparılır. Su-kanalzasiya xətləri yenilənir, kommunikasiya xətləri dəyişdirilir, yeni işıq dirəkləri quraşdılır. Şəhərin Heydər Əliyev və Atatürk prospektlərində mərkəzi hissəni əhatə edən yollar daş üzlüklə əvəzlənir. Eləcə də yağış sularının axıdılması üçün drenaj sistemi yaradılır. Gəncədə ümumilikdə 1017 küçəni əhatə edəcək abadlıq-quruculuq işləri 2019-cu ilin sonuna kimi başa çatdırılacaq ki, bu da şəhər əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
Şəmşir Həsənov sakin:Mən burada anadan olmuşam. Hələ Gəncədə belə böyük ölçüdə tikinti işləri olmamışdı. Yolların abadlaşdırılması, su kanalzasiya xətlərinin dəyişdirilməsi çox gözəl işdi. Gəncənin əvvəlki vəziyyətinin özünə qaytarılması, yerə daşların düzülməsi yaxşıdı.
Məcid Quliyev sakin: Sevinirik ki, bizim suyumuz, kanalzasiya sistemi yaxşı olur. Bunun özü gözəldi ki, yenidən düzəldirlər.
- Baxış: 2965