Yaponiya hökümətinin maliyyə dəstəyi ilə Şəmkirin Atabəy kəndində tibb məntəqəsi üçün yeni bina inşa olunub. Azərbaycanla Yaponiya arasında işgüzar münasibətlər və qarşılıqlı əməkdaşlıq çərçivəsində bu rayonda 5 layihə reallaşıb. İrmaşlı, Sabirkənd və Əlsəgərli kəndlərində tibb ocaqlarının maddi texniki bazası möhkəmləndirilib. Dəllər qəsəbəsində və 3 kənddə su təchizatı yaxşılaşdırılıb. Atabəy kəndində tibb məntəqəsinin inşası sayca altıncı layihədir. 7 aya ərsəyə gələn bina 5 otaqdan ibarətdir. Burada mama-ginikoloq, stomatoloq, peyvənd otaqları və palata yaradılıb. Yaponiyanın Azərbaycandaki səfiri Teryuki Katori sosial sahəni əhatə edən layihələrin davam edəcəyini bildirib.
Teryuki Katori - Yaponiyanın Azərbaycandakı səfiri: "Yaponiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasından 25 il ötür. Bu müddət ərzində hər iki ölkə arasında sıx münasibətlər yaranıb və 220-dən çox layihə icra olunub. Bu layihələrdən Şəmkirə də pay düşüb. Xüsusi ilə dağ kəndlərində bu işlərin görülməsi bizi sevindirir. Bundan sonrada bu istiqamətdə öz töfhəmizi verməyə hazırıq".
Natiq Hüseyn
- Baxış: 523