Bakıda kafeni qarət ediblər. Oğurluq ürəkaçan məqam olmasa da, bu hadisəyə maraqlı demək olar. Niyə?? Çünki bahalı sBakıda kafeni qarət ediblər. Oğurluq ürəkaçan məqam olmasa da, bu hadisəyə maraqlı demək olar. Niyə?? Çünki bahalı spirtli içkilər oğruladıqlarını güman edənlərin zənni əməllicə yanılıb. Onlar spirt əvəzinə su içməli olublar.pirtli içkilər oğruladıqlarını güman edənlərin zənni əməllicə yanılıb. Onlar spirt əvəzinə su içməli olublar.
Bəli, sən demə oğurluq şüşələrdəki h2o imiş. Oğrular başlarına gələn bu hadisəni cinayəti törətdikdən sonra təşkil etdikləri yeyib-içmək məclisində dilə gətiriblər. Özlərinin də etirafına görə, oğurluq hadisəsi paytaxtın Xətai rayonu Zığ yolu küçəsi 32 ünvanindakı kafedə baş verib. Obyekt sahibi Ərəstün Bayramova bəd xəbəri kafenin qapısının açıq olduğunu görərək şübhəyə düşən 36-ci polis bölməsi əməkdaşları veriblər.
Ərəstün Bayramovun sözlərinə görə, bir müddət əvvəl də həmin kafedən oğurluq olub. Bahali içkilər və digər avadanlıqlar götürüldüyü üçün obyekt sahibi bu dəfə işini ehtiyatla tutub. İgidin yaraşığı olan ehtiyat onun karına gəlib.
36-ci polis bölməsi əməkdaşları hadisə ilə bağli şübhəli kimi 3 nəfəri saxlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 644