Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.10.2017 12:52
42 yaşlı kişidən külli miqdarda narkotik götürüldü
KepezTV Player
Neftçalanın Mikayıllı kənd sakinindən külli miqdarda narkotik götürülüb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 42 yaşlı Həsən Kərimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 4 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Həyatyanı sahəyə baxış zamanı bankalara yığılmış, ümumi çəkisi 3 kiloqramdan çox narkotik maddə olan marixuana götürülüb. Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.
- Baxış: 593