İlk gündə 9 qarşılaşma baş tutacaq. C qrupunda yer alan millimiz 9-cu tur Bakıda Çexiyanı qəbul edəcək. Mundiala qatılmaq şansını itirən komandamızın oyunu formal xarakter daşıyır. Yeni gəlmişkən bu görüş kapitan Rəşaq Sadıqovun mllidə sonuncu oyunu olacaq. Yığmamızın heyətində 1 itki var. Müdafiəçi Maksim Medvedev zədə səbəbindən komandamıza kömək edə bilməyəcək. Azərbaycan – Çexiya görüşü saat 20:00-da başlayacaq.
Bu qrupda keçirdiyi 8 qarşılaşmadan maksimum nəticə əldə edərək lider olan Almaniya ən yaxın izləyicisi Şimali İrlandiyanın qonağı olacaq. Bundestim bu görüşdə ən azı 1 xal qazanaraq Rusiyada təşkil ediləcək dünya çempionatına vəsiqə təmin etmək niyyətindədi.
C qrupunun bir başqa oyununda San Marino doğma Norveçlər üz-üzə gələcək.
Gecənin daha çox diqqət mərkəzində olan görüşləri F qrupunda oynanılacaq. Lider İngiltərə evdə Sloveniyanı sınağa çəkəcək. İkinci pillədəki Slovakiyadan 1 xal geri qalan qonaqlar səfərdən sərfəli nəitcəylə dönərək dünya çempionatına qatılmaq üçün son tur öncəsi mövqeyini yaxşılaşdırmaq istəyir.
Qrupun Şotlandiya – Slovakiya dueli də gərgin mübarizə vəd edir. Hər iki komandanın dünya çempionatına qatılmaq şansları olduğundan tərəflər qalib gəlmək üçün var güclərini ortaya qoyacaqlar.
F qrupunun autsayderləri Malta və Litva millilərinin qarşıdurması isə elə də əhəmiyyətə daşımır.
E qrupa gəlincə burada Rumıniya Qazaxıstanla, Ermənistan Polşayla, Monteneqro isə Danimarkayla qarşılaşacaq.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
C qrupu
IX tur, 5 oktyabr
20:00. Azərbaycan – Çexiya
22:45. San-Marino – Norveç
22:45. Şimali İrlandiya – Almaniya
1. |
Almaniya |
8 |
8 |
0 |
0 |
35-2 |
24 |
2. |
Şimail İrlandiya |
8 |
6 |
1 |
1 |
16-2 |
19 |
3. |
Azərbaycan |
8 |
3 |
1 |
4 |
8-12 |
10 |
4. |
Çexiya |
8 |
2 |
3 |
3 |
10-9 |
9 |
5. |
Norveç |
8 |
2 |
1 |
5 |
8-16 |
7 |
6. |
San Marino |
8 |
0 |
0 |
8 |
2-38 |
0 |
E qrupu
IX tur, 5 oktyabr
22:45. Rumıniya – Qazaxıstan
22:45. Ermənistan - Polşa
22:45. Monteneqro – Danimarka
1. |
Polşa |
8 |
6 |
1 |
1 |
18-11 |
19 |
2. |
Danimarka |
8 |
5 |
1 |
2 |
18-7 |
16 |
3. |
Monteneqro |
8 |
5 |
1 |
2 |
18-7 |
16 |
4. |
Rumıniya |
8 |
2 |
3 |
3 |
8-8 |
9 |
5. |
Ermənistan |
8 |
2 |
0 |
6 |
8-19 |
6 |
6. |
Qazaxıstan |
8 |
0 |
2 |
6 |
4-22 |
2 |
F qrupu
IX tur, 5 oktyabr
22:45. Malta – Litva
22:45. İngiltərə - Sloveniya
22:45. Şotlandiya – Slovakiya
1. |
İngiltərə |
8 |
6 |
2 |
0 |
16-3 |
20 |
2. |
Slovakiya |
8 |
5 |
0 |
3 |
14-6 |
15 |
3. |
Sloveniya |
8 |
4 |
2 |
2 |
10-4 |
14 |
4. |
Şotlandiya |
8 |
4 |
2 |
2 |
14-10 |
14 |
5. |
Litva |
8 |
1 |
2 |
5 |
6-18 |
5 |
6. |
Malta |
8 |
0 |
0 |
8 |
2-21 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 427