KepezTV Player
Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində bədbəxt hadisə baş verib.Bərdə sakini, 53 yaşlı Məzahir Yusifov avtomobilini yolunun kənarında saxlayaraq boşalmış təkəri dəyişməyə çalışıb. Təkərin şininin partlaması nəticəsində dəmir tərkibli metal hissəciklər sürücünün alın və ayaq nahiyələrinə dəyib, nəticədə o, ağır xəsarət alıb.Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti orta-ağır qiymətləndirilir.
- Baxış: 503