Lənkəranda isə bir yük avtomobili digərinə çırpılıb. Hadisə Ələt-Astara magistralının Vilvan kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini Ramal Dadaşovun idarə etdiyi, Masallıda fəaliyyət göstərən firmalardan birinə məxsus "Hyundai" markalı avtomobil qarşıda gedən,rayon sakini Tural Əliyevin sükanı arxasında olduğu "Ford" markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Hyundai"yolun kənarına aşıb, sürücüsü isə xəsarət alıb. Fordun şüşələri sınıb, yük yerində olan sürtgü yağları yerə tökülüb. "Hyundai"nin sürücü bildirib ki, qarşısına qəfil iribuynuzlu heyvan çıxdığı üçün özünü itirib və idarəetməni itirib.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 845