Yollardan gələn bəla yenə peşman etdi. Bu dəfəki hadisələrin ünvanı Gəncə, Yevlax və Cəlilabad olub. Təfərrüatları indi təqdim edəciyimiz süjetdən izləyəcəksiniz.
Gəncədə yol qəzası baş verib. Hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 54 yaşlı Tahirə Allahverdiyeva və 15 yaşlı Röyal Adıgözəlov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri normal qiymətləndirilir. Şəhərin Nizami Gəncəvi prospektində isə piyadavurma hadisəsi olub. Yolu keçmək istəyən şəhər sakini, 28 yaşlı Şakir Səfərov maşınla vurulub. Qəzanı törədən sürücü yaralını xəstəxanaya çatdırıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Analoji hadisə Yevlaxın Aran qəsəbəsində də yaşanıb. “VAZ-2106” markalı maşın yolu keçmək istəyən Ağcabədi rayon sakini 58 yaşlı Zöhrə Əliyevanı vuraraq ona ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağır olaraq dəyərləndirilir. Müayinə zamanı qadının boyun nahiyəsində iki fəqərə sümüyünün sınığı və beyindaxili qanaxma müəyyən olunub. Cəlilbadda da yol nəqliyyat hadisəsi baş verib. Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Pərdi kəndi ərazisindən keçən hissəsində qumla dolu olan ağır tonnajlı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 736