Fermerlər əl əməyi və kombayınlarla yığdıqları pambığı müqavilə bağladıqları 3 məntəqəyə tədarükünü həyata keçirirlər. Əziyyət bahasına başa gələn məhsulun sahələrdə bol olması və yığımın vaxtında aparılması fermerlərin ürəyincədir.
2017-ci məhsul ilində Goranboy rayonunda 5 min hektar sahədə pambıq əkini aparılıb. Məhsula vaxtında aqrotexniki qulluğun göstərilməsi nəticəsində hazırda sahələrdə ağ qızıl boldur. Rayon fermerləri yığım kompaniyasının sonuna qədər 10 min ton pambığın tədarükünü planlaşdırırlar. Rayonun Nərimanlı kəndində 16 hektar sahədə pambıq əkib beçərilməsini aparan Əli Ağayev hər hektardan 25-30 sentener məhsul götürməyi praqnozlaşdırır.
Əli Ağayev - fermer: “MKT şirkəti ilə müqavilə bağlamışam və subsidiyanı ordan almışam. Tenika çəhətdən köməklikləri var. Aqroteniki qaydada beçərilib pambıq. Su qıtlığı ucbatından məhsuldarlıq aşağı düşüb. Ancaq buna baxmayaraq məqsədimiz pambığı itkisiz yığıb başa çatdırmaqdır”.
Hazırda sahələrdə 11 pambıq yığan kombayın işləyir. Məhsulunda məntəqələrə daşınması 50 yedəkli traktor vasitəsilə həyata keçirilir. Bu günə kimi 1000 ton ağ qızıl yığılaraq tədarük edilib. Məhsulun dəyərinin ödənilməsi isə pambığın qəbulu aparıldıqdan sonar məntəqə tərəfindən verilir.
Rafət Qurbanov - Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: “Dövlət tərəfindən fermerlərə güzəştli şərtlərlə kredilər verilib. Pambığı təhvil verdikcə həmin şirkətlər vasitəsilə verilən kredit borcu aradan qalxdıqca əlavə pullar fermerimizin adına açılan ödəniş kartlarına yüklənir”.
Gün ərzində 150 tondan çox pabığın sahələrdən yığılması üçün texnika ilə yanaşı əl əməyindən də istifadə olunur. Bu məqsədlə yığım kompaniyasına 2 mindən çox işçi qüvvəsi də cəlb olunub. Bu da kənd əhalisinin məşğulluğunu təmin etməklə onlaın maddi rifahını yüksəldir.
Xaliq Qurbanlı
- Baxış: 1190