• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 28.09.2017 10:01

Caterham Sprint-i bir qədər də “qəzəbləndirdilər”

Təxminən bir il əvvəl britaniyalılar Caterham markasından Seven rodsterini xüsusi versiyada təqdim etmişdilər. Sprint adını alan maşın “şən 60-cı illər”ə həsr olunmuşdu. İndi də bu retro-rodsterin gücləndirilmiş versiyası peyda olub. SuperSprint “əsil centlemen-yarışçılar üçün” nəzərdə tutulub. O, kuzovunun xüsusi rəngi, yeni təhlükəsizlik dəmiri, kifayət qədər yığcam yan güzgülər, salonda ağacdan sükan çarxı və orijinal alətlərinə görə seçilir. Caterham SuperSprint həm iki, həm də tək yerlik təklif olunacaq. Axrıncı versiyada sərnişinin üzəri xüsusi damla örtüləcək. SuperSprint ötən ilkindən daha güclü motoruna görə fərqlənəcək. Əgər Sprint 660 kub 3 silindrli 80 at güclü mühərriklə təchiz olunmuşdusa, SuperSprint-də at gücü 95-ə qaldırılıb. Bu cür Caterhamdan cəmi 60 ədəd buraxılacaq. Qiymət isə öncəkindən 2000 avro baha olacaq və 33 000 avrodan başlayacaq.

 

Cavanşir Məmmədzadə