Suraxanı rayonunda,Hövsan qəsəbəsində piyadavurma hadisəsi olub. Yolu keçmək istəyən 65 yaşlı Sərdar Məmmədovu avtomobil vurub. Zərbənin təsirindən ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib. Müalicəsi reanimasiya şöbəsində davam etdirilən Sərdar Məmmədovun vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.
Sabunçu rayonunda da anoloji hadisə yaşanıb. Ramana qəsəbəsində magistral yolu keçmək istəyən 57 yaşlı Abbasqulu Aslanovu avtomobili vurub. Qəzanı törədən sürücü hadisə yerini tərk edib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkənin sözlərinə görə, o, qəza baş verəndən sonra sürücüdən xəstəxanaya çatdırılmasını istəsə də, kişi ona məhəl qoymayıb. Polis əməkdaşları hadisəni törədən sürücünün tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış aparırlar. Faktlarla əlaqədar cinayət işi başlanılıb.
- Baxış: 448