KepezTV Player
Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl sakinləri bu gün Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun qəbulunda olublar.40-a yaxın vətəndaşın ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı müraciətinə baxılıb. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də görüşdə iştirak edib.Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
- Baxış: 425