Gəncə şəhərinin elektrik təsərrüfatının yenilənməsi məqsədilə sovet dönəmindən qalan və istismar müddətinin başa vuran yarımstansiyaların yenidən qurulmasına başlanılıb. Bu məqsədlə Azərişığın sıfarışı əsasında Yeni Gəncə, Məshəti qəsədəsində və şəhərin Vağzalyanı hissəsində 110\35\10 kv yarımstansiyalar tikilir. Ötən ildən inşaası başlanılan Yeni Gəncə yarımstaniyasında işlər tam yekunlaşdırılsa da digər iki mənbədə işlər davam etdirilir. Gəncə şəhərində mövcud olan yarımstansiyalar 1950-ci illərdən sonra istifadəyə verilib. Hazırda müasir standartlar səviyyəsində qurulan enerji mənbələri şəhər əhalisini dayanıqlı və fasizləsiz elektrik enerjisi ilə təmin etməyə hesablanıb. İşlər tam yekunlaşdıqdan sonra daha 3 yarımstansiyada yenidənqurma işləri aparılacaq.
Elçin Əliyev layihə rəhbəri:Tək bu yarımstansiya 50 min əhalinin artımına nəzərə alıb ki, gələcəkdə enerji təminatında problem olmasın. Digər stansiyalarımızın hər ikisi isə təxminən 40 min əhali üçün nəzərədə tutulur. Yarımstansiyalarımız əhali ilə yanaşı ərazi üzrə zavod və fabriklərində enerji təminatını həyata keçirə bilər. Məqsəd sovet dönəmindən qalan yarımstansiyaların tam rekanstruksiya edilməsidir.
- Baxış: 506