ABŞ-ın Florida ştatındakı Sarasota şəhərində akademik avarçəkmə üzrə dünya çempionatına start verilib. 69 ölkədən 382 idmançının qatıldığı nüfuzlu reqatada Azərbaycan 1 idmançı ilə təmsil olunur. Bu, 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə mübarizə aparan Aleksandr Aleksandrovdu. Yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu bu gün keçiriləcək təsəlliverici yürüşdə ilk 2 yerdən birini tuta bilsə, 1/4 finala yüksələcək.
Orxan Cəfərzadə
- Baxış: 551