• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 21.09.2017 10:19

Ən sürətli Audi RS4 təqdim olundu

Audi 4-cü nəsil gücləndirilmiş RS4 universalını hazırlayıb. Yenilik model tarixində ən sürətlisi hesab olunur. Onun yerindən götürülməsi sələfindən 0,6 saniyə tez – 4,1 saniyəyə başa gəlir. İctimai debütü Frankfurtda keçirilən 5 qapılı tam ötürücülü universal 2,9 litrlik V6 biturbomotorla işləyir. 450 at güclü aqreqat xüsusi kalibrləşmiş 8 diapazonlu avtomatik sürət qutusu ilə birləşir. 80 kiloqram çəki ataraq 1790 kq olan yenilik maksimum 250 km/saat sürətə malikdir. Bu göstəricini 280-ə qaldırmaq üçün isə əliniz bir daha cibinizdə olmalıdır. Yeni maşın standart universaldan 30 millimetrlik təkər tağlarına, 7 millimetr azaldılmış klirensinə, aerodinamik kuzovuna və 19 düymlük disklərinə görə seçilir. Audi RS4-ün avadanlıq siyahısında yeniliklər bunlardır: elektronikanın idarəetmə rejimini dəyişən drive select sistemi, idman stilli oturacaqlar, sükan çarxı, rəqəmsal alətlər paneli və proyeksiyalı displey. Audi RS4 modelinin parametrləri arasında idmansayağı asma, karbon-keramik əyləc və 20 düymlük disklər də tapmaq olar. Avropada RS4 üçün sifarişlər artıq qəbul olunur. Ancaq ilk çatdırılmalar 2018-ci ilin əvvəllərinə təsadüf edəcək. Gücləndirilmiş universalın qiymətləri 79 800 avrodan başlayır.