Almaniya və İsraildən olan bir qrup alim daxili xüsusiyyətləri, o cümlədən maqnetizm və ya ultrabənövşəyi şəkildə işıq saça bilən bitki lifi əkməyə nail olublar. İndiki dövrdə fərqli xüsusiyyətləri olan bir sıra parçalar mövcuddur. Adətən onlar rəngini dəyişir ya da elektroenerji emal etmək iqtidarındadır. Ancaq belə paltarlar baha və uzun ömürlü olmayan parçalardan hazırlanır. Bu problemi aradan qaldırmaq üçün alman və yəhudi alimləri müştərək şəkildə “ağıllı” pambıq parça hazırlamaq qərarına gəliblər. Bu bitki lifinin tərkibi qlükoza molekullarından ibarətdir. Onlar da öz növbəsində karbon atomlarına malikdir. Alimlər ehtimal edirlər ki, sərbəst karbon atomuna kimyəvi formada hər hansısa qrupu birləşdirsələr, belədə o, lifə çevriləcək. Eksperimentlər bu metodun doğruluğunu sübut edib.
Cavanşir Məmmədzadə
- Baxış: 385