Şəmkirdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hökumət münasibətləri, qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları mövsusunda regional konfrans keçirilib. Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Daşkəsən rayonlarını təmsil edən nümayəndədlərinin təmsil olunduğu tədbirdə Q HT- hökumət münasibətlərinin hazırkı durumu müzakirə edilib, qazanılan nailiyyətlər diqqətə çatdırılıb və qarşıdakı müddətdə əməkdaşlıq imkanları götür-qoy edilib. 2001-ci ildə Azərbaycan Hökumətinin və BMT-nin inkişaf layihəsi çərçivəsində Şəmkirdə keçirilən konfransda müzakirəyə çıxarılan bir çox məsələlərin artıq reallığa çevrildiyi vurğulanıb. Sonda Qeyri Hökümət Təşkilatları ilə səmərəli faəliyyətinə görə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov fəxri fərmanla mükafatlandırılıb.
Fərasət Qurbanov Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru: Cənab prezident içtimai sektorun inkişafı istiqamətində son dövrlər mühüm addımlar atıb. Bununla bağlı sərəncamlar vernişdir. Prezident Yanında dəstək şurası ilə yanaşı Gənclər fondu, Kütləvi informasiya vasitələrinə dəstək fondu yaradılıb ki bütün bunlar məhz vətəndaş cəmiyyətləri inistutlarının yaradılmasına şərait yaradıb. Biz istərdik keçirilmiş yola nəzər salaq. Bu 16 ildə hansı naliyyətləri əldə edib hansı yolu keçdik.
Natiq Huseyn
- Baxış: 608