• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 20.09.2017 22:04

Daşkəsəndə ər arvadını və qaynanasını bıçaqlayıb

Daşkəsən rayonunda bıçaqlama faktı qeydə alınıb. Hadisə rayonun Bayan kəndində baş verib. Kənd sakini Şücaət Cəfərova və onun qızı 23 yaşlı Əfsanə Cəfərova bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Onları Əfsanə Cəfərovanın həyat yoldaşı Elvin Cəfərov ailə münaqişə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu