• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1062
— 20.09.2017 15:24

Göygöldə iş adamları və sahibkarlar vergilər ilə bağlı maarifləndirilib

KepezTV Player

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən bu ildən 6 peşə fəaliyyət üzrə ölkənin şəhər, rayon, qəsəbə və kəndlərində işləyənlər sadələşdirilmiş vergi üzrə aylıq ödənişlər edir. Bu və digər yeniliklər 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri tərəfindən Göygöldə bələdiyyə sədrləri, iş adamları və sahibkarlar ilə görüş də izah edilib. Sadələşdirilmiş vergi üzrə Sabit Məbləğin ödənilməsi ilə bağlı dəyişikliyin ətraflı şəkildə izahı aparılır. Qəbul olunan yeni dəyişikliyə əsasən vətəndaşlar vergi ödəyicsi kimi qeydiyyata durmaları, vöen almalı, öz əraziləri üzrə sabit məbləği ödəyərək ərizə ilə vergi orqanlarına müraciət etməli və yaşayış yerinə uyğun olaraq 4 ödəmə növündən birini seçərək fəaliyyətə başlamalıdır. Diskusiya şəkilində keçən görüşdə maraq doğuran suallar cavablandırılıb.

Rauf Mirzəyev - 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Bundan əlavə hazırda respublikamızda sülh ayı keçirilir. Bunla əlaqədarda vergi ödəyicləri tərəfimizdən məlumatlandırılıb”.

 

Xaliq Qurbanlı