• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 19.09.2017 13:25

Kabel oğruları tutuldu, biri keçmiş futbolçudur

KepezTV Player

Bu ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.

Dəstə üzvlərindən oğurluq yolla əldə edilən misi dəfələrlə edilən xəbərdarlıqla baxmayaq müvafiq qeydiyyat aparmadan alan metal qəbulu məntəqəsinin sahibi Zaur İlyasov və onun işçisi Zaur Eyyubov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri vəəməliyyat-axtarış tədbirləri davam etdirilir.