KepezTV Player
Abşeronda piyadanın ölümünə səbəb olan və özü də xəstəxanaya yerləşdirilən sürücü oradan qaçıb. Hadisə Xırdalan şəhərində baş verib. Heydər Əliyev prospektində Orxan adlı şəxs idarə etdiyi "Mercedes" markalı avtomobillə əvvəlcə yolu keçən 46 yaşlı piyada Səmayə Ağazadəni vurub. Daha sonra avtomobil yol kənarındakı hasara çırpılıb. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə açıq kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qəza törədən Orxan həkimlərin ilkin tibbi yardımı zamanı xəstəxananın pəncərəsindən qaçıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü axtarır.
Zülfiyyə Telmanqızı
- Baxış: 325