• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 18.09.2017 13:11

Toyda kütləvi dava: 3 nəfər yaralandı

KepezTV Player

Salyanda toyda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb. Hadisə ötən gün axşam saatlarında rayonun Kürsəngi kəndində qeydə alınıb. Kənd sakinləri 24 yaşlı Asif İmanov, onun qardaşı, 32 yaşlı Rəşad İmanov və əmiləri, 47 yaşlı Akif İmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Akif İmanov ambulator müalicəyə buraxılıb. İki qardaş isə travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı