Həyəcan, göz yaşı, sevinc... İlk zəng çalınan birincilərin bu gün yaşadıqları hisslər belə olub. Bilik günü Gəncənin məktəblərində yaşananlar Gülnar Fazilqızının materialında.
Bu gün Gəncə üzrə 4600-ə yaxın balaca ilk dəfə məktəbə qədəm qoyub. Birincilər öyrəndiklərini nümayiş etdirməkdən də çəkinməyiblər.
İlk məktəb gününün sevincini yaşayanlarla yanaşı, həyəcanını gizlədə bilməyənlər də tapılıb. Bununla belə, balacalar məktəbli olmağın məsuliyyətini dərk edir, böyüyəndə hansı sənətə yiyələnəcəkləri haqda da düşünürlər.
Tədris ilinin ilk zəngi çalınıb, şagirdlər sinif otaqlarına daxil olublar və ilk dərs başlayıb.
Gəncə şəhəinin 47 orta məktəbində ümumilikdə 40 minə yaxın şagird bu gün məıktəbə gedib. Onların təlim tərbiyyısi ilə isə 3600-dən artıq pedoqoji heyət məşğul olur ki, onlardan da 260-ı işə yeni qəbul olanlardır.
Gülnar Fazilqızı
- Baxış: 1244