KepezTV Player
Qərb regionu futbol üzrə Azərbaycan çempionatının I divizionunda cəmi 1 komanda ilə təmsil olunacaq. “Şəmkir”in fəaliyyətini dondurmasından sonra aşağı liqada regionun yükünü yalnız “Turan Tovuz” daşıyacaq. Tovuz təmsilçisinin I divizionda tək qalması “Göyəzən”in yarışdan çəkilməsi ilə bağlıdır. Daha doğrusu, klub çempionatda mübarizəyə buraxılmayıb. Yəni “Şəmkir”dən fərqli olaraq qazaxlılar maliyyə böhranı ilə üzləşməyiblər. Sadəcə, qərb təmsilçisi AFFA və PFL-in birgə komissiyasının tələblərini tam yerinə yetirə bilmədiyindən I divizionundan kənarda qalıb.
“Göyəzən”in aşağı liqaya buraxılmayan digər komandaların oynaması üçün yaradılacaq həvəskar statuslu “Region Liqası”nda iştirakı gözlənilir.
Azad Rəfi
- Baxış: 430