Azərbaycan Taekvondo Federasiyasının və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə "Koreya səfiri kuboku" keçiriləcək. Sayca üçüncü olan bu yarış 16-17 sentyabrda Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının, 2000-2003-cü il təvəllüdlü taekvandoçuları qatıla bilər. Adıçəkilən turnir 2015-ci ildən keçirilir. İlk yarış Qəbələdə, növbəti yarış Qubada ötən il təşkil olunub.
Orxan Cəfərzadə
- Baxış: 387