• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 14.09.2017 10:17

Renault şirkəti “ağıllı” ev üçün elektrokar hazırladı

Frankfurt avtosalonunda Renault Symbioz adlı yeni konsept-kar debüt edib. Mütəxəssislərin ideyasına görə, o, ev interyerinin davamı olacaq. Avtomobil “ağıllı” ev sisteminə sıx inteqrasiya edilib, avtopilot və elektrik güc sistemi ilə təchiz olunub. Symbioz-un ən önəmli özəlliklərindən biri evlə enerji mübadiləsini süni intellekt idarəetməsi vasitəsilə yerinə yetirməsidir. Məsələn, maşın özünün güc sistemi ilə evi işıqlandırır və məişət texnikalarının işləməsini təmin edir. Qısası, bu avtomobil fövqəladə hallarda enerji mənbəyi rolunu oynaya bilər. Evdə olmayanda maşın avtopilotla idarə edilib. Bu rejimdə birinci və ikinci cərgənin oturacaqları bir-birinə qarşı çevrilir, multimedia kompleksi isə sərnişinlərin zövqünə uyğun avtomatik qurulur. İlin sonunda “Reno” başbilənləri daha bir konsept də göstərmək istəyirlər. Həmin prototipdə Symbiozda gözə dəyən bir çox elementlərin olacağı gözlənilir. Bu avtomobil brendin modellərinin 2023-cü ilədək necə inkişaf edəcəyini nümayiş etdirir. O, 72 kilovatt/saat həcmi olan batareya komplekti ilə işləyən 680 at güclü motor əldə edəcək. İlk “yüzü” maşın 6 saniyəyə yığacaq.

Cavanşir Məmmədzadə