Turun açılış oyununda “İnter” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun bol qollu alınıb. İsti havada soyuq duş qəbul edən qonaqlar startdan arxa xətdə boşluqlar buraxmaqla rəqibin 3 qol vurmasına mane ola bilməyiblər. Bir-birinin ardınca Fuad Bayramov, Adrian Skarlatake, və Aqşin Quluzadə gəncəlilərin qapısına yol tapıb. Amma tezliklə toparlanmağı bacaran “sarı-göylər” fasiləyə kimi buraxılan qollardan ikisinin əvəzini çıxıblar. İki dəqiqə ərzində “Kəpəz” iki qol vurub. Əvvəlcə Şəhriyar Əliyevin məhsuldar zərbəsi təsəlli tapan Gəncə klubu daha sonra Kərim Diniyevlə hesabı arasındakı fərqi minimuma endirib. Kərimin təxminən 60-62 metrdən məsafədən endirdi zərbə rəqib qapıçı ilə dəf edilməz olub.
Turun digər oyununda Qəbələnin eyniadlı komandası “Zirə”ni qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda hesabı qonaqlar açıb. Viktor İqbokoyi fərqlənib. Ev sahibləri yalnız son anlarda məğlubiyyətdən xilas olublar. Qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirən Cavid Hüseynov komandasını yenilgidən qurtarıb.
Premyer Liqada IV tura Sumqayıtda yekun vurulub. Burada yerli komanda “Neftçi” ilə görüşüb. Azərbaycanın ən titullu komandası bu oyunda da mövsümdə ilk qələbəsini qazana bilməyib. Qonaqlar 0:1 hesablı məğlubiyyətə üzülüblər. Amil Yunanovun zərbəsi “Sumqayıt”a qələbə qazandırıb.
Azərbaycan Premyer Liqası
IV tur
9 sentyabr (şənbə)
“İnter” – “Kəpəz” - 3:2
Qollar: Fuad Bayramov, 5, Adrian Skarlatake, 21, Aqşin Quluzadə, 32 - Şəhriyar Əliyev, 36, Kərim Diniyev, 37
“Qəbələ” – “Zirə” - 1:1
Qollar: Cavid Hüseynov, 90+2 (pen.) - İqbokoyi, 75
10 sentyabr (bazar)
“Sumqayıt” – “Neftçi” - 1:0
Qol: Amil Yunanov, 25 (pen.)
Azad Rəfi
- Baxış: 368