Çörəyini çıxarıb, ailəsini dolandırmaq üçün qoyun bəsləyirdi. Canavar onların əksərini elə sahibinin ümidləri kimi parça-parça etdi. Hadisə Şəkinin kəndlərindən birində qeydə alındı. Bu, həmin kəndə son günlərdə ikinci canavar hücumudur.
Hadisə ötən gecə rayonun Babaratma kəndində qeydə alınıb. Kənd sakini Elman Orucova məxsus qoyunlar gecə saatlarında canavar hücumuna məruz qalıb. Canavarlar həyətyanı sahədə olan 20 baş xırdabuynuzludan 18 –ni parçalayaraq tələf edib, ikisi həyətə qaçdığından yırtıcı ziyan vura bilməyib.
Ümumiyyətlə son günlərdə Babaratma və ətraf kəndlərdə canavar hücumu artıb. İki gün öncə kənddə canavarın hücumu nəticəsində iki iribuynuzlu tələf olub.
Zülfiyyə Telmanqızı
- Baxış: 286