• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 11.09.2017 15:12

Məşğulluğun təminatı istiqamətində daha bir addım atılıb

KepezTV Player

200-dən çox iş yeri əhalinin seçiminə verilib. Bu Goranboyda baş turtan əmək yarmarkasında mümkün olub. 

Əmək yarmarkasında Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatda olan, eləcə də rayonda iş axtaranlar üçün 239 vakant iş yeri təqdim olunub. Vakansiyalardan198-i dövlət, 41-i isə özəl sektorun payına düşüb. İşaxtaranlara əsasən rayonun profilinə uyğun, eləcə də aqrar sahəni əhatə edən iş yerləri təklif olunub. 

Vüsalə Aslanova-  işaxtaran: “2016-cı ildən universiteti bitirmişəm. Məşğulluq idarəsinə müraciət elədim. Məni rayonda Tarix-diyarşünaslıq Muzeyində bələdçi vəzifəsinə göndəriş verdilər”.

Ceyhun Cəbrayılov- işaxtaran: “Hal-hazırda işim yoxdur. Əmək yarmarkasında iştirak elədim, ixtisasıma uyğun iş tapa bilmədim”.

Əmək yarmarkasında 40 nəfər işsizə göndəriş verilib. 30 müraciətçinin isə özəl sektorda ixtisasına uyğun işlə təmin olunması üçün CV-ləri alınıb.

Nicat Məmmədov- Goranboy Rayon Məşğulluq İdarəsinin direktoru: “Əsasən dövlət sektorundan çıxarılan vakansiyalar texniki işçilər üçün idi. Özəl müəssisələrə ən çox göndərişlərimiz oldu.Ümid edirik ki, ilin sonuna qədər işsiz müraciətçilərimizin sayını minimum həddə çatdıraq”.
 

Hazırda Goranboy rayon Məşğulluq İdarəsində 2547 işaxtaran qeydiyyatdadır və onlardan 115 nəfərinə işsiz müavinəti verilir.

 

Xaliq Qurbanlı