Futbol üzrə Azərbaycan Premyer Liqasında milli komandaların dünya çempionatının oyunları ilə bağlı yaranan iki həftəlik fasilə başa çatır. Sabah Premyer Liqada IV tura start veriləcək. Turun açılış matçında Gəncənin “Kəpəz” klubu “İnter”in qonağı olacaq. Nizami yurdunda keçirilməli olan görüş şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi ilə bağlı Bakıda baş tutacaq. Oyun saat 17:00-da başlayacaq. Çempionatın autsayderi olan “sarı-göylər” paytaxtda ilk qələbəsini qazanmaq niyyətindədirlər. Cari mövsümə uğursuz başlayan Şahin Diniyevin yetirmələri son pillədən xilas olmaq üçün səfərdən 3 xalla dönməyə məhkumdur.
Azərbaycan Premyer Liqası
IV tur
9 sentyabr (şənbə)
17:00. “İnter” – “Kəpəz”
“İnter Arena”
20:30. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
10 sentyabr (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”
Sumqayıt. Şəhər stadionu
Azad Rəfi
- Baxış: 400