Qadın voleybolçulardan ibarət yığmamız Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlığı davam etdirir. Bu planda milli növbəti yoxlama matçını keçirib. Faiq Qarayevin komandası Milanda İtaliya millisi ilə 3-cü dəfə qarşılaşıb. İlk 2 görüşdə məğlub olan voleybolçularımız bu dəfə meydandan qələbə ilə ayrılıblar. Komandamız rəqibinə 3:2 (25:22, 25:13, 21:25, 20:25, 15:7) hesabı ilə qalib gəlib. Bu oyundan sonra İtaliyadakı toplanışı yekunlaşdıran komandamız bu gün Vətənə dönəcək.
Azad Rəfi
- Baxış: 413