Tovuz rayonunda toyda kütləvi zəhərlənmə olub. Hadisə şadlıq saraylarından birində keçirilən mərasimdə qeydə alınıb. 39 nəfər zəhərlənmə əlaməti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, bu gecə saat 5:00 radələrində zərərçəkənlərdən 24-ü vəziyyəti yaxşı olduğu üçün ambulator müalicəyə buraxılıb. 15 nəfər isə stasionar şəkildə müalicəsini davam etdirir. Onların salat və kababdan zəhərləndikləri deyilir. Dəqiq səbəb isə araşdırılır.
Bərdə rayonunda da zəhərlənmə hadisəsi olub. Yeni Daşkənd kəndindəki restoranların birindən rayon sakinləri olan 7 nəfər xəstəxanaya gətirilib. Onların qidadan zəhərləndiyi məlum olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.
Ağdamda bir ailənin 6 üzvü qidadan zəhərlənib. Hadisə rayonun Zəngişalı kəndində baş verib. 22 yaşlı Nərmin Mətləb qızı Süleymanova, 25 yaşlı Nicat Şöhrət oğlu Süleymanov, 29 yaşlı Nuranə Üzeyir qızı Həsənova, 47 yaşlı Telli Səməd qızı Süleymanova, 53 yaşlı Radə Mirzalı qızı Süleymanova, 58 yaşlı Bəsurə Səməd qızı Həsənova, 82 yaşlı Zərifə Həsən qızı Süleymanova Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlər qidadan zəhərlənənlərə tibbi yardım göstərib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Baloğlan Süleymanov -ailənin üzvü: “Peraşki bişirib, yeyib, zəhərləniblər. Bir ailənin üzvüdür hamısı. Bu yağ nə yağıdır, bilən yoxdur”.
Vüsalə Camal
- Baxış: 509