Bugün əsən güclü külək Gəncədə bir sıra fəsadlara yol açıb. Bəzi ərazilərdə çoxillik ağacları aşırıb, nəticədə elektrik və rabitə xəttlərinə qismən ziyan dəyib. Şəhərin Bayan küçəsində aşan ağac fərdi yaşayış evinin dam örtüyünü yararsız hala salıb. Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb ediliblər, fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Vətəndaşlar isə Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinə qurumuş ağaclarla bağlı edilən müraciətlərə vaxtında reaksiya verilmədiyindən şikayətçidirlər.
Sədaqət Məmmədova şəhər sakini: Bununla bağlı 2 həftədən çoxdur ki, müraciət etmişik, üstəlik keçən il də məlumat vermişik, həmin vaxta bizə dedilər ki, onu kəsmək olmaz. Əgər kim kəssə 3 min manat cərimə olunacaq. Ondan sonra da dəymədik, ağacdan tamam qurudu. Keçən həftə də həyat yoldaşım gedib, ərizə verib, hələ də gəlib çıxmayıblar”.
Rizvan Quliyev Gəncə Yaşıllaşdırma İdarəsinin baş aqronomu:“ Ani əsən külək şəhərin müxtəlif ərazilərində, o cümlədən 16 nömrəli məktəbin ətrafında, Böyük Bağbanlar küçəsində, Fikrət Əmirov parkında və digər 2 küçədə quru ağacları aşırıb. Bütün bu fəsadlar aradan qaldırılır”.
- Baxış: 1155