KepezTV Player
Sentyabrın 5-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Suraxanı Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir. Fakta görə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 369