KepezTV Player
Bakıdan Şəkiyə qonaq gələn 28 yaşlı gənc göldə batıb. Hadisə ötən gün axşam saatlarında rayonun Fazıl kəndindəki süni göldə baş verib. Bakı şəhər Binəqədi rayon sakini 28 yaşlı İsa Məmmədov göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Ruhəngiz Hacızadə
- Baxış: 427