• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1068
— 01.09.2017 15:30

Qərb bölgəsində Qurban bayramı qeyd olundu

KepezTV Player

Qərb bölgəsinin rayonlarındada qurbanlıq heyvanlar kəsilib. Aztəminatlı və imtiyazlı ailələrə bayram payı verilib.

Şəmkirdə isə 10 min ailə qurban payına sevinib. Kəsilən heyvanlardan rayonda yaşayan aztəminatlı və imtiyazlı şəxslərə, eləcə də milli qəhrəman və şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərə verilib. Bundan başqa rayon ərazisində yerləşən hərbi hissələrdə də qurbanlıq heyvanlar göndərilib, əsgərlər üçün bayram süfrəsi açılıb. Müqəddəs Qurban bayramının Şəmkirdə hər il təntənə ilə keçirildiyinə diqqət çəkilib.

Goranboyda isə 5 min kq ət tədarük olunaraq aztəminatlı ailələrə paylanılıb. Baytar həkimlərin nəzarəti altında 90 baş xırda buynuzlu heyvan yoxlanılaraq kəsiminə icazə verilib.

Elsəvər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “Təşkil olunan kəsim sexində ətlər rayonun imkansız və aztəminatlı ailələrinə paylanılır. Kəsim aparan qəssablar xüsus geyimlə təmin olunub və bütün heyvanlar baytarlıq nəzarəti altında kəsilir.

Samuxda da milli-mənəvi, dini dəyərlərimizin qorunmasında dövlətin həyata keçirdiyi proqramlardan danışılıb. Rayonun bütün kənd və qəsəbələrində 300-ə yaxın iri və xırda buynuzlu heyvan kəsilərək 1000-ə yaxın imtiyazlı ailəyə qurban payı çatdırılıb. N saylı həbi hissədə xidmət edən əsgərlərə də bayram payı göndərilib. Heyvanların kəsimi yerli baytarların nəzarəti altında həyata keçirilib.

 

Natiq Hüseyn