Bu gün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb. Qeydiyyatdan keçməyən abituriyent müvafiq ixtisasa yerləşdirilmədən imtina etmiş hesab edilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. 2017-2018-ci tədris ili üçün Gəncə Musiqi Kollecinə 161 plan yeri ayrılıb. Təyin olunan vaxtdan indiyədək bu təhsil müəssisəsinə qəbul olan tələbələrdən 144 nəfəri qeydiyyatdan keçib. Ən çox boş yer xor dirijorluğu ixtisası üzrə qalıb. Gəncə Tibb Kollecinə isə bu tədris ili üçün ümumilikdə 220 nəfər tələbə qəbulu nəzərdə tutulub. 4 ixtisasın mövcud olduğu tədris müəssisəsində plan yerlərinin çoxu - 94-ü tibb bacısı ixtisası üzrədir.
Gülşən Qocayeva Gəncə Tibb Kollecinin tədris işləri üzrə katibi: "Mamalıq və müalicə işi ixtisasları üzrə ayrılan plan yeri eynidir - 55 nəfər. Əczaçılığa maraq çoxdur, amma ayrılan plan yeri azdır. Yəgin ki, gələcəkdə bunu nəzərə alıb, artıracaqlar".
- Baxış: 997