• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 31.08.2017 17:28

Ramin Quluzadə Göygöldə qəbul keçirib

KepezTV Player

Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı, Naftalan sakinləri internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərini birbaşa nazirə ünvanlayıblar. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göygöldə keçirdiyi görüşdə sakinləri fərdi qaydada dinləyərək məsələlərin araşdırılması və vaxtında həlli barədə müvafiq strukturlara konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Natiq Hüseyn