• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 29.08.2017 16:59

Ölkədə buğa toxumuna tələbatın 60%-ni Respublika Süni Mayalama Mərkəzi ödəyir

KepezTV Player

Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Damazlıq heyvanlardan gündəlik olaraq toxumlar alınır və labarator analizi aparılır. Bu günədək mərkəzin fəaliyyəti nəticəsində ölkədə 41 min 42 baş heyvan süni mayalandırılıb və proses nəticəsində 19 min 385 buzov doğulub. Mərkəzlə paralel olaraq respublika üzrə 12 regional süni mayalama məntəqəsi də yaradılıb ki, buda fermer təsərrüfatlarının işini asanlaşdırıb. Müasir standartlara cavab verən mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam şəkildə avtomatik idarə olunur. Hazırda toxuma olan daxili tələbatın 60%-ni ödəyən Respublika Süni Mayalama Mərkəzi gələcəkdə xarici bazara çıxmağı da qarşıya məqsəd qoyub

Ramiq Abbasov  Respublika Süni Mayalama Mərkəzinin direktoru:Rusiyanın özündə belə belə bir mərkəz yoxdur, ancaq Fransada var. Bizdə olan toxumlarınd akeyfiyyətini dünən qədər dillə deyirdiksə, artıq məkrəzə gətirilən müasir ivos cihazı vasitəsilə fermerə alınan toxum barəsində ətraflı rəsmi məlumat verilir. Əlbəttədə daxili bazarı tam ödədikdən sonra xaricə toxum satmaq məsələsi planlarınızda var.

Respublika Süni Mayalama Mərkəzinin ölkədə qaramalın çoxaldılması üçün damazlıq cinslərə olan tələbatı tam qarşılayacağı və yerli heyvan cinslərinin tərkibinin yaxşılaşdırılmasına imkan verəcəyi bildirilir. Hazırda Mərkəzdə buğa toxumlarının bir dozası fermerlərə 2 manat 50 qəpiyə təklif olunur.